XƏBƏRLƏR / Münaqişə

Rusiyanın altı hava limanında uçuşlar tam dayandırılıb

Bu barədə Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi xəbər yayıb

Rusiyanın altı hava limanında uçuşlar tam dayandırılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Moskvanın Vnukovo və Domodedovo hava limanlarında, eləcə də Volqoqrad, Kaluqa, Saratov və Yaroslavl hava limanlarında hava hərəkətinə məhdudiyyətlər tətbiq edilib.

    Bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin sözçüsü Artyom Korenyako məlumat verib.

    Məhdudiyyətlərin uçuş təhlükəsizliyini təmin etmək üçün zəruri olduğu deyilir.