Rusiyanın tankerlərindən Kerç boğazına 9 min ton mazut axıb
Rusiya Fövqəladə Hallar Nazirliyi qəzaları pis hava şəraiti ilə izah edib
TASS-ın əməliyyat xidmətlərinə iatinadən verdiyi məlumata görə, Kerç boğazı ərazisində qəzaya uğrayan "Volqoneft-212" və "Volqoneft-239" tankerləri ümumilikdə 8,6 min ton mazut daşıyıb.
Hər gəmi təxminən 4,3 min ton yanacaq daşıyırdı.
Daha əvvəl neft sızması barədə məlumat verilmişdi. Əməliyyat xidmətləri dəqiqləşdirib ki, dağılmanın həcmi müəyyənləşdirilir. Onlar həmçinin bildiriblər ki, hər iki tankerə ciddi ziyan dəyib, onlardan birinin yayı qopub.
Rusiya Fövqəladə Hallar Nazirliyi bəyan edib ki, “Volqoneft 239” tankerinin ekipajının təxliyəsi pis hava şəraiti ilə əlaqədar dayandırılıb. Şöbə qeyd edib ki, gəmidə ilkin həyat təminatı üçün lazım olan hər şey var.