Rusiyaya gedən kənd təsərrüfatı məhsulları indi Çinə gedəcək
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi bu barədə Çinin Baş Gömrük İdarəsi ilə saziş bağlayıb

Azərbaycan və Çin arasında Azərbaycan fındıq və badamının ixracına dair protokol imzalanıb.
Saziş Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Çinin Baş Gömrük İdarəsi arasında “Kəmər və Yol” təşəbbüsü çərçivəsində Azərbaycan nümayəndələrinin Çinə səfəri zamanı imzalanıb.
Tərəflər həmçinin quş əti, dəniz məhsulları, albalı, alma, xurma və narın ixracını müzakirə ediblər.