XƏBƏRLƏR / Kənd təsərrüfatı

Rusiya Ermənistandan meyvə-tərəvəz idxalını məhdudlaşdırır

Bu barədə “Rosselxoznadzor” məlumat yayıb

Rusiya Ermənistandan meyvə-tərəvəz idxalını məhdudlaşdırır
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Rusiyanın Baytarlıq və Fitosanitariya Nəzarət Federal Xidməti (“Rosselxoznadzor”) müəyyən edilmiş fitosanitariya pozuntularına görə mayın 30-dan etibarən Ermənistandan müəyyən növ meyvə-tərəvəz məhsullarının idxalına müvəqqəti məhdudiyyətlər tətbiq edəcək.

    Məhdudiyyətlər Ermənistan mənşəli və bu ölkədən göndərilən təzə pomidor, xiyar, bibər, yaşıl tərəvəz və çiyələklərə şamil ediləcək. Agentlik qeyd edib ki, bu qərar Ermənistan məhsullarının idxalında artan pozuntuların sayı və Rusiyada fitosanitariya təhlükəsizliyinin təmin edilməsi zərurəti ilə əlaqədar qəbul edilib.

    “Rosselxoznadzor”un məlumatına görə, bu il Ermənistanın meyvə-tərəvəz idxalında artıq 181 karantin obyekti aşkar edilib.

    Bundan əlavə, “Rosselxoznadzor” məhsulların əhəmiyyətli bir hissəsinin karantin fitosanitariya nəzarətindən yayınan, mülkiyyəti müəyyən edilməmiş xarici iqtisadi fəaliyyətdə iştirak edən Ermənistan iştirakçıları tərəfindən təmin edildiyini vurğulayıb. Onun məlumatına görə, bu, Rusiyaya ixrac edilən məhsullar üçün izləmə sisteminin olmamasını göstərir.

    “Rosselxoznadzor”, həmçinin bildirib ki, qarşı tərəfin müvafiq səlahiyyətli agentliyi əvvəllər müəyyən edilmiş pozuntuların aradan qaldırılması üçün lazımi tədbirləri görməyib.