XƏBƏRLƏR / Kənd təsərrüfatı

Gürcüstandan Azərbaycana heyvan idxalına məhdudiyyət

AQTA xəbər verir

Gürcüstandan Azərbaycana heyvan idxalına məhdudiyyət
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Mümkün infeksiya yayılmasının qarşısını almaq üçün Gürcüstan mənşəli iri və xırdabuynuzlu heyvanların respublika ərazisindən keçməklə tranzit daşınması, habelə Gürcüstandan damazlıq və yetişdirmə məqsədilə (kəsim məqsədilə idxal edilən heyvanlar istisna olmaqla) heyvanların ölkəyə idxalı 2025-ci il 25 oktyabr tarixindən etibarən məhdudlaşdırılır.

    Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

    Bildirilib ki, bununla yanaşı, ölkəyə idxal olunan heyvanlar karantinə yerləşdiriləcək, onlara klinik baxış keçirilərək laborator diaqnostik nümunələrin götürülməsi prosesi davam etdiriləcək.