XƏBƏRLƏR / Kənd təsərrüfatı

Samuxda ərik festivalı keçiriləcək

Azərbaycanda ən çox ərik yetişdirilən rayonlardan biri də Samuxdur

Samuxda ərik festivalı keçiriləcək
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, festival iyunun 20-də Samux parkında təşkil ediləcək. Festivalda fermerlərin yetişdirdikləri ərik məhsulları da daxil olmaqla, kənd təsərrüfatı məhsullarının sərgi və satışı, milli mətbəximizin təamları, onlardan hazırlanan mürəbbə və şirələrin stendlərlə təqdimatı olacaq.

    Həm yerli sakinlərə, həm də bölgəyə səfər edən qonaqlara unudulmaz təəssüratlar bəxş etmək üçün müxtəlif əyləncə tədbirləri, konsert proqramı da nəzərdə tutulub. Festivalın sonunda isə atəşfəşanlıq olacaq.

    Bildirilib ki, festivalın keçirilməsində məqsəd fermer və sahibkarlar arasında işgüzar əlaqələri genişləndirmək, ərik məhsulunun Samux rayonu üçün brendləşməsinə, rayonun sosial-iqtisadi və mədəni inkişafına müsbət təsir göstərməkdir.

    Qeyd edək ki, Azərbaycanda ən çox ərik yetişdirilən rayonlardan biri də Samuxdur. Rayonda ərik bağlarının sahəsi 500 hektardan çoxdur. Bu bağlarda 16 sort ərik yetişdirilir.