Rusların daha iki avtomobili aksiya ərazisindən keçdi
Xatırladaq ki, bu gün indiki vaxtadək sülhməramlılara məxsus 60 avtomobil aksiya ərazisindən sərbəst keçib
Rusiya sülhməramlılarına məxsus avtomobillər azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda dinc məqsədlə təşkil etdikləri aksiya ərazisindən maneəsiz hərəkət edirlər. Bu dəqiqələrdə sülhməramlılara məxsus iki avtomobilin Xankəndindən Laçın istiqamətinə doğru hərəkətinə şərait yaradılıb.
Sülhməramlılara aid nəqliyyat vasitələrinin aksiya ərazisindən heç bir maneə olmadan hərəkət etməsi bir daha aksiyanın məramını açıq-aşkar göstərir. Azərbaycanlı ekofəallar ilk gündən olduğu kimi, humanist prinsiplərə sadiqdirlər.
Qeyd edək ki, Ermənistan mətbuatında yayılan və etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.