Sabah 28 May-Nizami stansiyaları arasında hərəkət dayanır

14 avqustda altı yeni ekspress marşrut istifadəyə veriləcək

  • Oxuma müddəti:

    0 dəqiqə

  • 14 avqustda altı yeni ekspress marşrut istifadəyə veriləcək.

    Təmir işləri və xətlərin ayrılması layihəsi ilə əlaqədar olaraq, 15 avqustdan etibarən 28 May və Nizami stansiyaları arasında qatar xidməti dayandırılacaq.

    Dəyişiklikləri kompensasiya etmək üçün AYNA 14 avqustdan etibarən altı yeni ekspress marşrut istifadəyə verir:

    M1 — "Elmlər Akademiyası" ↔️ "28 May"
    M2 — "İnşaatçılar" ↔️ "Nizami" ↔️ "28 May"
    M3 — "20 Yanvar" ↔️ "Nizami" ↔️ "28 May"
    M4 — "20 Yanvar" ↔️ "Koroğlu"
    M5 — "20 Yanvar" ↔️ "Gənclik"
    M6 — "Elmlər Akademiyası" ↔️ "Gənclik"

    Bundan əlavə, 2, 6, 7A, 9, 10, 14, 17, 18, 26, 61, 65, 79, 85, 88, 88A, 93, 133, 165, 199 və 202 nömrəli marşrutlarda avtobusların sayı artırılacaq və intervallar azaldılacaq.