XƏBƏRLƏR / Hava

Sabah Bakıda 30, rayonlarda 33 dərəcə isti olacaq

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb

Sabah Bakıda 30, rayonlarda 33 dərəcə isti olacaq
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycanda sentyabrın 4-də 33 dərəcə isti gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 20-23° isti, gündüz 26-30° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.

    Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq, mülayim şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 16-21° isti, gündüz 28-33° isti, dağlarda gecə 10-15° isti, gündüz 19-24° isti olacaq.