XƏBƏRLƏR / Hava

Sabah Bakıda intensiv yağış yağacaq

Güclü külək əsəcək

Sabah Bakıda intensiv yağış yağacaq
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Bakıda və  Abşeron yarımadasında martın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ayrı-ayrı yerlərdə intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var.

    Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 14-17° isti, gündüz 17-19° isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək.Nisbi rütubət 65-75 % olacaq.

    Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 10-15° isti, gündüz 18-23° isti, dağlarda gecə 0-3° isti, gündüz 3-6° isti olacaq.