XƏBƏRLƏR / Hava

Sabah Bakıda qar yağacaq

Bu barədə Milli Hidrometeorologiya Xidmətinin proqnozunda bildirilir

Sabah Bakıda qar yağacaq
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Yanvarın 8-də Bakıda və Abşeron yarımadasında havanın yağıntılı olacağı, sulu qar, axşama doğru qar yağacağı gözlənilir.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə və gündüz 0°-yə yaxın, Bakıda gecə və gündüz 0°-yə yaxın olacaq.

    Atmosfer təzyiqi 761 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

    Azərbaycanın rayonlarında bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi arabir güclənəcək.

    Havanın temperaturu gecə və gündüz 2° şaxtadan 3°-dək isti, dağlarda gecə 8-13° şaxta, gündüz 0-5° şaxta olacaq. Yollar buz bağlayacaq.