XƏBƏRLƏR / Hava

Sabah hava necə olacaq?

Milli Hidrometerologiya Xidməti xəbər verir

Sabah hava necə olacaq?
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Milli Hidrometerologiya Xidməti fevralın 28-nə gözlənilən hava proqnozunu açıqlayıb.

    Xidmətdən bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhərdən bəzi yerlərdə arabir sulu qar, qar yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz yarımadanın bəzi yerlərində arabir güclənəcək. Havanın temperaturu gecə 1-4° şaxta, gündüz 1° şaxtadan 2°-dək isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 767 mm civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək. Gecə və səhər bəzi yollar buz bağlayacaq.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şərq rayonlarında arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6° şaxta, gündüz 5-10° isti, dağlarda gecə 10-15° şaxta, yüksək dağlıq ərazilərdə 17-22° şaxta, gündüz 0-5° şaxta olacaq. Bəzi yollar buz bağlayacaq.