XƏBƏRLƏR / Hava

Avropada dəhşətli istilərdən iki mindən çox adam ölüb

Qərbi Avropanın iri şəhərlərində temperatur 40 dərəcədən yuxarı qalxıb

Avropada dəhşətli istilərdən iki mindən çox adam ölüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İsti hava dalğası Avropada 10 gün ərzində təxminən 2300 nəfərin həyatına son qoyub.

    Xarici media xəbər verir ki, bu barədə beş Avropa ölkəsi tərəfindən aparılan müştərək təhqiqatın nəticələrində göstərilib.

    Belə ki, iyun ayının 23-dən iyulun 2-nə qədər Qərbi Avropanın iri şəhərlərində temperatur 40 dərəcədən yuxarı qalxıb, o cümlədən meşə yanğınlarına səbəb olub.

    Kəskin isti hava şəraiti əsasən 12 şəhərdə qeydə alınıb ki, bu şəhərlərin ümumi əhalisinin sayı 30 milyon nəfərdən çoxdur.