XƏBƏRLƏR / Siyasət

"Sabah Makron olmayacaq və hamı Ermənistanı unudacaq"

Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko “Rossiya” telekanalına müsahibəsində deyib VIDEO

"Sabah Makron olmayacaq və hamı Ermənistanı unudacaq"
Aleksandr Lukaşenko
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Belarus Prezidenti Aleksandr Lukaşenko “Rossiya” telekanalına müsahibəsində Ermənistanın apardığı siyasəti növbəti dəfə sərt tənqid edib. VIDEO

    "Ermənistanı götürək. Bu nə siyasətdir? Ermənilər kimə lazımdır axı bizdən başqa? Onlar heç kimə lazım deyil. İqtisadiyyatlarını inkişaf etdirsinlər və sahib olduqlarına diqqət etsinlər. Nə Fransa, nə Makron? Sabah Makron olmayacaq və hamı Ermənistanı unudacaq”, - o, “Rossiya” telekanalına müsahibəsində deyib.

    Lukaşenkonun bu fikirləri Ermənistan mətbuatında əməlli-başlı narazılıq firtinası qoparıb.