Sabiq deputat Söyüdlü hadisələrinə görə tutuldu
DİN Nazim Bəydəmirlinin başqa səbəbə görə həbs edildiyini bildirir
Keçmiş deputat Nazim Bəydəmirli polis tərəfindən saxlanılıb.
Bu barədə vəkil Aqil Layıc sosial şəbəkə hesabında məlumat verib.
O, keçmiş deputatın Gədəbəy hadisələrinə görə saxlanıldığını bildirib.
Lakin DİN Mətbuat Xidmətindən isə bildirilib ki, N.Bəydəmirli vətəndaşın müraciəti əsasında araşdırmaya cəlb edilib.
“Vətəndaş polisə müraciət edərək N.Bəydəmirlinin onun barəsində rüsvayedici görüntülərin olduğunu qeyd edərək, ondan 50 min manat tələb etdiyini bildirib.
O, cari il iyunun 24-də N.Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə şikayətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını söyləyib.
Hazırda N.Bəydəmirli bu müraciət əsasında saxlanılıb, araşdırmalar davam etdirilir”, - deyə DİN-dən verilən açıqlamada qeyd olunur.