XƏBƏRLƏR / Parlament

Azərbaycan və İran parlamentlərinin sədrləri görüşüb

Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi parlament nümayəndə heyəti Cenevrədədir YENİLƏNİR

Azərbaycan və İran parlamentlərinin sədrləri görüşüb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 13:01

    İran Parlamentinin sədri Məhəmməd Baqer Qalibaf Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşüb.

    Bu barədə İran dövlət mediası məlumat yayıb.

    Görüş Cenevrədə Parlamentlərarası İttifaqın 149-cu Assambleyası çərçivəsində baş tutub.

    ***

    12:45

    Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi parlament nümayəndə heyəti Cenevrəyə işgüzar səfərə gəlib.

    Cenevrə Beynəlxalq Aeroportunda Milli Məclisin Sədrini Azərbaycanın İsveçrədəki səfiri Fuad İsgəndərov, Azərbaycanın BMT-nin Cenevrədəki bölməsi yanında daimi nümayəndəsi Qalib İsrafilov, eləcə də digər rəsmi şəxslər qarşılayıblar.

    Səfər çərçivəsində Qafarova çıxışı nəzərdə tutulan Parlamentlərarası İttifaqın 149-cu Assambleyasında iştirak edəcək, həmçinin iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri və digər rəsmi şəxslərlə görüşlər keçirəcək.