XƏBƏRLƏR / Qonşular

Sahibə Qafarova İrakli Kobaxidze ilə görüşüb YENİLƏNİB

Bu barədə Gürcüstan Baş nazirinin mətbuat xidməti məlumat yayıb

Sahibə Qafarova İrakli Kobaxidze ilə görüşüb YENİLƏNİB
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 14:10

    Gürcüstanın Baş naziri İrakli Kobaxidze və Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova iki ölkə arasında strateji tərəfdaşlığı və birgə regional layihələri müzakirə ediblər.

    Bu barədə Gürcüstan Baş nazirinin mətbuat xidməti məlumat yayıb.

    Onlar iqtisadi əməkdaşlıq məsələlərini müzakirə ediblər. Həmçinin bu ilin yanvar ayında keçirilmiş iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 10-cu iclasının səmərəliliyi qeyd olunub.

    Tərəflər Orta Dəhlizin səmərəli fəaliyyətinə dəstək məsələlərini müzakirə ediblər.

    Cənubi Qafqaz regionunda sülh və sabitliyin önəmi vurğulanıb. Hökumət başçısı qeyd edib ki, Gürcüstan bundan sonra da regionda sülh və inkişafın təmin olunmasına töhfə verməyə hazırdır.

    ***

    12:08

    Gürcüstanda səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova Gürcüstan Prezidenti Mixail Kavelaşvili ilə görüşüb.

    Məlumatı Gürcüstan Prezidentinin administrasiyası yayıb.

    Bildirilib ki, Prezident Kavelaşvili Orbeliani sarayında Azərbaycan nümayəndə heyətinin üzvlərini qəbul edib.

    Görüş zamanı tərəflər iki ölkə arasında tarixən möhkəm dostluq münasibətlərini müzakirə edib, Gürcüstan-Azərbaycan strateji tərəfdaşlığının əsas istiqamətlərinə diqqət yetiriblər. Söhbət zamanı Ölkələr arasında müxtəlif beynəlxalq və regional formatlarda uğurlu əməkdaşlığın vacibliyi vurğulanıb.

    Görüşdə Cənubi Qafqaz regionunda cərəyan edən hadisələrə də toxunulub. Mixail Kavelaşvili bildirib ki, Gürcüstan Cənubi Qafqazda sülh və sabitliyi dəstəkləyir və bu prosesə bundan sonra da töhfə verməyə hazırdır.

    Görüşdə Gürcüstan, Azərbaycan və Türkiyə arasında üçtərəfli əməkdaşlıq məsələləri də müzakirə olunub.

    Gürcüstan Prezidenti Azərbaycan tərəfinə Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə göstərdiyi sarsılmaz dəstəyə görə təşəkkür edib.