Şahramanyana kortejdə getmək qadağan olundu
Bu barədə erməni KİV-ləri məlumat yayıb
Qarabağdakı separatçı rejimin sonuncu lideri Samvel Şahramanyan İrəvan patrulu tərəfindən saxlanılıb.
Bu barədə erməni KİV-ləri məlumat yayıb.
Məlumatı Ermənistan daxili işlər nazirinin mətbuat katibi Narek Sarkisyan təsdiqləyib. Qeyd olunub ki, polis separatçı rejimi buraxan Şahramanyanı kortejlə getdiyi üçün saxlayıb: "Şahramanyana xəbərdarlıq edilib ki, qanunla kortejdə getmək hüququ yoxdur. Yol hərəkəti qaydalarını pozublar, ona görə xəbərdarlıq edilib, protokol tərtib olunmayıb".
Digər təfərrüatlar açıqlanmayıb.