XƏBƏRLƏR / Qalmaqal

Salome Zurabişvili prezident vəzifəsindən getmək istəmir

Sabah saat 11:00-da Gürcüstanın yeni prezidenti Mixeil Kavelaşvilinin andiçmə mərasimi keçiriləcək

Salome Zurabişvili prezident vəzifəsindən getmək istəmir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Gürcüstan Prezidentinin inaqurasiyasının hüquqi qüvvəsi yoxdur, ona görə də mən Prezident olaraq qalıram və işləməyə davam edəcəyəm.

    Bunu Gürcüstan Prezidenti Salome Zurabişvili Böyük Britaniyanın “Rest is politics” adlı podkast buraxılışında deyib.

    Zurabişvili təfərrüatların bazar günü açıqlanacağını qeyd edib.

    Qeyd edək ki, 29 dekabrın saat 11:00-da Gürcüstanın yeni prezidenti Mixeil Kavelaşvilinin andiçmə mərasimi keçiriləcək.