Salyan rayonunda 51 yaşlı kişi küt alətlə qətlə yetirilib.
Hadisə şəhərin T.Xəlilbəyli küçəsində qeydə alınıb.
Salyan rayon sakini, 1973-cü il təvəllüdlü Salayev Əziz Sərvənəli oğlunun gecə saatlarında adı çəkilən küçədə meyiti aşkar edilib. Araşdırma zamanı müəyyən olunub ki, Ə.Salyaev küt alətlə qətlə yetirilib. Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb. Qətlin hansı zəmində baş verməsi öyrənilir.
Faktla bağlı Salyan prokurorluğunda cinayət işi açılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib ki, oktyabrın 19-da saat 21 radələrində Salyan rayon sakini Əziz Salayevin baş nahiyəsindən aldığı xəsarətlərdən nəticəsində ölməsi barədə polis şöbəsinə məlumat daxil olub.
Şöbə əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törədən əvvəllər məhkum olunmuş, 1977-ci il təvəllüdlü Elşən Səmədov saxlanılıb.
Araşdırmalar aparılır.