Salyanda avtomobil kanala aşıb, üç nəfər ölüb
Hadisə rayonun Parça Xələc kəndində qeydə alınıb

Salyan rayonunda avtomobil kanala aşıb, üç nəfər ölüb.
Hadisə Salyan rayonunun Parça Xələc kəndində qeydə alınıb.
“QAZ 3111” markalı avtomaşının su kanalına aşması nəticəsində sürücü, Salyan rayonunun Parça Xələc kənd sakini, 54 yaşlı Qafarov Sərraf Abbasağa oğlu, sərnişinlər 36 yaşlı Dəmirov Camal Mürşüd oğlu və 38 yaşlı Həsənov Ramiq Vahid oğlu hadisə yerində ölüblər.
Faktla bağlı araşdırma aparılır.