ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAID) başçısı Samanta Pauer Azərbaycana səfər edəcək.
Onun yaxın günlərdə Bakıya səfər edəcəyi gözlənilir.
Səfər zamanı Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyət müzakirə olunacaq.
Qeyd edək ki, hazırda Samanta Pauer və ABŞ Dövlət katibinin köməkçisi vəzifəsini icra edən Yuri Kim Qorusdadır. Onları Ermənistanın ABŞ-dakı səfiri Lilit Makunts müşayiət edir.