Samir Şərifov maliyyə naziri vəzifəsindən çıxarıldı
Şərifov Azərbaycan Respublikası Baş nazirinin müavini təyin edilib
Samir Rauf oğlu Şərifov Azərbaycan Respublikasının maliyyə naziri vəzifəsindən azad edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Prezidentin digər Sərəncamı ilə Samir Şərifov Azərbaycan Respublikası Baş nazirinin müavini təyin edilib.