XƏBƏRLƏR / Hərbi

Sankt-Peterburq hava limanının üzərindəki səma bağlanıb

Bakıya uçmalı olan "Aeroflotun" SU714 reysinin uçuşu da qeyri müəyyən vaxtadək təxirə salınıb

Sankt-Peterburq hava limanının üzərindəki səma bağlanıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 13:11

    Rusiya mətbuatı Sankt-Peterburqda hava məkanına qoyulan məhdudiyyətin aradan qaldırıldığını yazır.

    ***

    12:42

    Pulkovo hava limanı ərazisində hava məkanı yerli vaxtla saat 13.20-dək bağlıdır, mənbə RİA Novosti-yə bildirib.

    ***

    Hadisə ilə əlaqədar minik bitməsinə baxmayaraq Bakıya uçmalı olan "Aeroflotun" SU714 reysinin uçuşu da qeyri müəyyən vaxtadək təxirə salınıb.

    ***

    Sankt-Peterburq hava limanının üzərindəki səma naməlum obyektə görə bağlanıb

    Sankt-Peterburqun Pulkovo hava limanının üzərindəki səma naməlum uçan obyektə görə bağlanıb.

    Sankt-Peterburqun Pulkovo hava limanının üzərindəki səma naməlum uçan obyektə görə bağlanıb. Bu barədə 78.ru məlumat yayıb.

    Teleqram kanalları yazır ki, şəhərin üzərindəki səmaya qırıcı təyyarələr  qaldırılıb.

    Qeyd edək ki, bu gecə Krasnodar vilayətində yerləşən neftayırma zavoduna naməlum PUA-lar tərəfindən hücuma məruz qalıb. Hücum nəticəsində zavodda yanğın başlayıb.

    Mütəxəssislər bunu Rusiya-Ukrayna müharibəsiylə əlaqələndirirlər.