Sankt-Peterburqdan Gəncəyə metadon keçirməyə cəhd edilib
Ağır narkotiki Azərbaycan vətəndaşı qənd adı altında keçirməyə çalışıb

Azərbaycan vətəndaşı qənd adı altında Sankt-Peterburqdan Gəncəyə metadon keçirməyə cəhd edib.
Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər çərçivəsində xüsusilə külli miqdarda narkotik vasitə - metadon aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
Gəncə Beynəlxalq Hava Limanı gömrük postunda Sankt Peterburq - Gəncə aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşına məxsus çantadan gömrük nəzarətindən gizlədilən, ümumi təmiz çəkisi 355 qram xüsusilə külli miqdarda narkotik vasitə - metadon aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.