BLOQ

Şapoklyak qarının göz yaşları

Nensi Pelosinin İrəvana səyahətinin yekunları

Şapoklyak qarının göz yaşları
Nensi Pelosi
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Yaxşı, gəlin, Nensi Pelosinin İrəvan səfərinin nəticələrinə yekun vuraq.

    Onun bəyanatları və müraciətləri faktiki olaraq Ermənistanla Azərbaycan arasında daha da gərginləşməni dönməz etdi. Eyni zamanda, o, Türkiyəyə qarşı bir sıra ciddi hücumlar edib, Ankara ilə İrəvan arasında kövrək dialoqu praktiki olaraq pozub. Üstəlik, onun səfəri Rusiya-Ermənistan münasibətlərinə ölümcül zərbə vurdu.

    Şapoklyak qarı bir səfərlə Ermənistanı Cənubi Qafqazda dövlətçiliyin itirilməsinə səbəb ola biləcək problemlərə sala bildi. Ən azından indi Azərbaycan və Türkiyə Ermənistana maksimum təzyiq göstərəcək, Rusiya isə buna göz yumacaq.

    Elə bu zaman İrəvan qışqırmağa, Pelosini köməyə çağırmağa başlayacaq, amma qarı artıq hakimiyyətdə olmayacaq və sevimli Ermənistanın ünvanına artistlik edib acı göz yaşları tökəcək.