XƏBƏRLƏR / Siyasət

Şarl Mişel Paşinyanla görüşündən xəbər yayıb

O, bu barədə “X” sosial şəbəkəsindəki səhifəsində yazıb

Şarl Mişel Paşinyanla görüşündən xəbər yayıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Ermənistanın baş naziri Nikol Paşinyanla Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib. Mişel bu barədə “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

    “Biz Ermənistanın baş naziri Nikol Paşinyanla Ermənistan və Aİ arasında əməkdaşlıq və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması məsələləri ilə bağlı danışıqlar apardıq. Cənubi Qafqazda sülh, sabitlik və rifah məsələləri Aİ gündəmində mühüm yer tutur”, - Mişel yazır.