XƏBƏRLƏR / Siyasət

Ermənistanla normallaşmanı Bakı ilə koordinasiya edəcəyik

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Antalya Diplomatiya Forumu 2024”ün açılış mərasimində çıxışı zamanı bildirib

Ermənistanla normallaşmanı Bakı ilə koordinasiya edəcəyik
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyə Ermənistanla münasibətlərin normallaşdırma prosesini Azərbaycanla koordinasiyalı şəkildə davam etdirəcək.

    Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Antalya Diplomatiya Forumu 2024”ün açılış mərasimində çıxışı zamanı bildirib.

    Ərdoğanın sözlərinə görə, Qarabağın işğaldan azad olunmasından sonra Ermənistanla başlatdıqları normallaşma prosesini Azərbaycanla koordinasiyalı şəkildə davam etdirəcəklər.

    O, həmçinin ölkəsinin Türk dünyasının güclənməsi üçün bütün lazımi addımları atacağını əlavə edib.