Mərkəzi Seçki Komissiyası (MSK) növbədənkənar prezident seçkilərinin nəticələrinə dair protokolun müvafiq sənədlərlə birlikdə Konstitusiya Məhkəməsinə təqdim edilməsi ilə bağlı məsələni təsdiqləyib.
MSK üzvlərinin hamısı yekun protokolu imzalayıb.
Protokola görə, 11 seçki məntəqəsində səsvermənin nəticələri etibarsız hesab edilib. Səsləri etibarsız hesab edilən seçicilərin sayı 9828 nəfər olub.
Bildirilib ki, seçici fəallığı 76.43 faiz olub. Seçkilərin nəticələrinə görə, Prezident İlham Əliyev 4 567 458, seçicilərin 92.12 faiz səs toplayıb.
Mərkəzi Seçki Komissiyası qərara alıb ki, 2013-cü il oktyabrın 9-da keçirilmiş prezident seçkilərinin nəticələri barədə Mərkəzi Seçki Komissiyasının Protokolu təsdiq edilərək seçkilərə yekun vurulsun. Həmçinin MSK Protokolunun müvafiq sənədlərlə birlikdə seçkilərin nəticələrinin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsi barədə qərar çıxarılıb. Mərkəzi Seçki Komissiyasının Protokolunun dərci barədə də qərar qəbul edilib.
Protokol imzalandıqdan sonra Konstitusiya Məhkəməsinə göndərilib.