XƏBƏRLƏR / Seçki

Bayden Trampa qalib gəldi

"Reuters"/"Ipsos"un bir ay əvvəl apardığı sorğuda Baydenin liderliyi cəmi 1% təşkil etmişdi.

Bayden Trampa qalib gəldi
  • Oxuma müddəti:

    1 dəqiqə

  • ABŞ prezidenti Co Bayden ictimai rəy sorğularında Respublikaçı namizəd Donald Trampı geridə qoyub. Bunu "Reuters" və "Ipsos Group" tədqiqat şirkətinin birgə araşdırması göstərib.

    Sorğu 5 gün ərzində bütün ölkə üzrə aparılıb. Sorğuda qeydə alınmış 833 seçici iştirak edib. Onların 41%-i qarşıdan gələn seçkilərdə Baydenə, 37%-i isə Donald Trampa səs verəcəyini bildirib.

    Son vaxtlar Ağ Evin hazırkı rəhbəri üçün seçkiqabağı vəziyyət yaxşılaşır.

    "Reuters"/"Ipsos"un bir ay əvvəl apardığı sorğuda Baydenin liderliyi cəmi 1% təşkil etmişdi.

    Budəfəki sorğuda respondentlərin kifayət qədər böyük bir hissəsi, 22%-i hələ də seçim edə bilmədiyini bildirib.

    ABŞ-ın seçki sistemi səs çoxluğunu toplayan namizədi deyil, müəyyən bir ştatı təmsil edən ən çox seçicinin dəstəyini alan namizədin qazanmağına imkan verir. Ona görə də namizədlərin və onların komandalarının əsas diqqəti qarışıq ştatlara yönələcək. Konkret olaraq, onlar Viskonsin, Miçiqan və Pensilvaniya, eləcə də Nevada, Arizona və Corciyadır. Şimali Karolinada müxtəlif seçimlər mövcuddur.