XƏBƏRLƏR / Seçki

Türkiyədəki seçkilərin nəticələrinə dair məlumat

Cümhuriyyət Xalq Partiyası (CHP) 37,89 faizlə birincidir

Türkiyədəki seçkilərin nəticələrinə dair məlumat
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 23:03

    Türkiyədə ölkə üzrə bülletenlərin 51 faizdən çoxu sayılıb.

    İlkin nəticələrə görə, müxalifətdə olan Cümhuriyyət Xalq Partiyası (CHP) öndə gedir.

    Partiyalar üzrə nəticələr aşağıdakı kimidir:

    Cümhuriyyət Xalq Partiyası (CHP) - 37.89 faiz

    Ədalət və İnkişaf Partiyası (AKP) - 36.85 faiz

    DEM partiya - 5.87 faiz

    Yenidən Rifah Partiyası - 5.28 faiz 

    İYİ partiya - 3.31 faiz

    Milliyətçi Hərəkat Partiyası (MHP) - 3.77 faiz

    Digər partiyalar - 6.89 faiz 

    ***

    Türkiyədə keçirilən yerli özünüidarə orqanlarına seçkilərin nəticələrinə dair ilkin məlumatlar açıqlanır.

    İndiyədək ölkə üzrə sandıqların 23,52 faizi açılıb. İlkin hesablamalara əsasən, Cümhuriyyət Xalq Partiyası (CHP) 39,44 faizlə birinci, hakim Ədalət və İnkişaf Partiyası isə 38,09 faizlə ikinci sıradadır.

    Paytaxt Ankarada CHP-nin namizədi Mansur Yavaş 57,07 faizlə öndədir. İstanbulda da CHP-dən Böyükşəhər Bələdiyyə sədrliyinə namizəd Əkrəm İmamoğlu 49,74 faizlə birinci yerdədir.