Səfir Sadıqov soydaşlarımızın Ermənistana qayıdışı haqda
Ermənistanda etnik təmizləməyə məruz qalan 300 min azərbaycanlı Aİ-nin susqunluğunu pozmasını gözləyir
"Aradan 30 il keçməsinə baxmayaraq, Ermənistanda etnik təmizləməyə məruz qalmış 300 min azərbaycanlı hələ də Avropa İttifaqının (Aİ) insanlığa qarşı törədilmiş bu cinayətə susqunluğunu pozmasını gözləyir."
Bu barədə Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri, Avropa İttifaqındakı missiyanın rəhbəri Vaqif Sadıqov X sosial şəbəkəsində yazıb.
“Beynəlxalq humanitar hüquq çərçivəsində BMT tərəfindən tanınan qaçqın icması olaraq, onlar Aİ-dən müttəfiqi Ermənistana 30 il ədalət gözləyəndən sonra onların Ermənistandakı evlərinə təhlükəsiz qayıtmasını təmin etmək üçün təzyiq göstərməsini tələb edirlər”, - deyə o bildirib.