BLOQ

Səfirliyimizdə törədilən terror aktının tarixi allüziyaları

Fars siyasəti qədim zamanlardan hiyləgərlik və namərdlik xüsusiyyətləri əsasında qurulub

Səfirliyimizdə törədilən terror aktının tarixi allüziyaları
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Fars siyasəti qədim zamanlardan hiyləgərlik və namərdlik xüsusiyyətləri əsasında qurulub. İranın gözü götürməyən Azərbaycan Respublikasına qarşı hikkəsi təkçə Araz sahilində açıq-açığına keçirdiyi SEPAH tamaşası ilə bitmir

    Baş leytenant Orxan Əsgərovun Səfirliyimizdəki qətli və 2 əməkdaşın yaralanması 1829-cu ildə Tehranda Rusiya səfirliyinə hücumu və səfir Qriboyedovun vəhşicəsinə öldürülməsini yada saldı.

    Qurulmuş tamaşanın baş rolunu oynayan şəxs güya Səfirliyimizdə keçən ilin aprelində itkin düşən arvadını axtarırmış.

    194 il əvvəl Fətəli Şah Qacarın kürəkəni Allahyar xan da əlaltıları ilə Rusiya səfirliyinə 2 itkin düşmüş erməni kənizının tapmaq məqsədi ilə basqın etmişdi. Kənizlərin tapılıb tapılmaması haqda tarıx susur, amma Qrıboedov kütlə tərəfdən parça-tikə edilir.

    Söhbət heç də "cherchez la femme"dan (qadın axtarın-fr) getmir. Əsla! 

    Söhbət bu günkü terror-tamaşa rejisorunun bu tarixi allüziyayla nə demək istədiyindən gedir.