Şəhid Orxan Əsgərov İkinci Fəxri xiyabanda dəfn edildi VİDEO

Hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib

  • Oxuma müddəti:

    0 dəqiqə

  • Azərbaycanın İrandakı səfirliyində törədilən terror aktı nəticəsində şəhid olan Orxan Əsgərovun dəfn mərasimi keçirilib. Şəhidin cənazəsi İkinci Şəhidlər xiyabanında yaylım atəşi altında torpağa tapşırılıb. Cənazənin üzərindəki üçrəngli Azərbaycan bayrağı şəhidin atasına təqdim olunub.

    Hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

    Dəfn mərasimində mərhumun ailə üzvləri ilə yanaşı, ictimaiyyət nümayəndələri, rəsmilər, o cümlədən daxili işlər naziri Vilayət Eyvazov, müdafiə naziri Zakir Həsənov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev, Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanov, müdafiə sənayesi naziri Mədət Quliyev, Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı və digərləri iştirak ediblər.