Azərbaycan Ukraynaya növbəti yardım göndərdi FOTO
Humanitar yardıma elektrik avadanlığı və kabel daxildir

Azərbaycan Ukraynaya enerji yardımının növbəti partiyasını göndərib.
Buraya 550 metrdən çox elektrik kabeli və altı transformator məntəqəsi aparan 20 yük maşını daxil olub.
Qeyd edək ki, Rusiyanın silahlı qüvvələri Ukraynanın elektrik təsərrüfatını raket və İran PUA-ları ilə müntəzəm surətdə bombalayaraq, sıradan çıxarmağa çalışır.