XƏBƏRLƏR / İctimaiyyət

İtkin-şəhid Mübariz Hüseynov Suraxanıda dəfn olunub

O, 23 oktyabr 1993-cü ildə Cəbrayıl şəhərində itkin düşmüşdü

İtkin-şəhid Mübariz Hüseynov Suraxanıda dəfn olunub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və 32 il sonra nəşinin qalıqları tapılan şəhid hərbi qulluqçu Mübariz Sabəddin oğlu Hüseynov dəfn olunub.

    Onun ailə üzvlərinə məxsus evdə keçirilən vida mərasimindən sonra şəhidin nəşinin qalıqları Bakı şəhəri, Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsindəki Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

    Qeyd edək ki, Mübariz Hüseynov 1970-ci il mayın 30-da Ermənistanın Loru nahiyəsinin (Kalinino rayonu) Qızıl-Şəfəq kəndində anadan olub. O, 1993-cü il oktyabrın 23-də Cəbrayıl şəhəri istiqamətində gedən döyüşlərdə itkin düşmüşdü.