XƏBƏRLƏR / İctimaiyyət

Çe Gevaranı əsir götürən general öldü

Çe Gevaranı əsir götürən general öldü
Ernesto Çe Gevara
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Argentinalı inqilabçı Ernesto Çe Gevaranı 1967-ci ildə əsir götürən boliviyalı general Qari Prado Salmon 84 yaşında vəfat edib.  AFP xəbər verir ki, bu barədə onun oğlu Qari Prado Arauz məlumat verib.

    Qari Prado Salmon 8 oktyabr 1967-ci ildə partizan dəstəsini məğlub edən və 39 yaşlı Ernesto Gevaranı əsir alan hərbçilərdən ibarət batalyona komandirlik edib.

    Boliviya Konqresi generalı Çenin tutulmasında göstərdiyi rola görə milli qəhrəman elan edib.

    Qari Prado Salmon 1981-ci ildə təsadüfən onurğasından vurulandan sonra iflic olub və 1988-ci ildə ordudan ayrılıb.