BLOQ

Səhranın bəyaz günəşi söndü...

Təəssüf hissi ilə anlamağa çalışıram...

Səhranın bəyaz günəşi söndü...
Rüstəm İbrahimbəyov
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Təəssüf hissi ilə anlamağa çalışıram ki, SƏHRANIN BƏYAZ GÜNƏŞİ söndü...
    Bir neçə dəqiqə bundan əvvəl mənə əziz dostum Fəxrəddin Manafov zəng etdi:
    " Moskvadan çox pis xəbər aldım... Məni çox sarsıtdı... Rüstəm İbrahimbəyov rəhmətə gedib...". Belə məqamlarda əzabla davam edən, lakin vacib bir süküt yarandı. Mən də çox pis oldum. Artıq xəyallarımda Rüstəm müəllimlə son görüşümü xatırlamağa başlayanda süküt pozuldu və Fəxrəddin davam etdi:
    " Bilirsən, axı mənim kino və teatr yaradıcılığımda Rüstəm İbrahimbəyov fenomeninin rolu az deyildi. Rüstəm müəllim mənim peşə fəaliyyətimdə unudulmaz iz buraxıb. Allah ona rəhmət eləsin! Çox ünlü və istedadlı Azərbaycanlını itirdik... Qoru özünü, qardaş, salamat qal!".
    Eyni xeyir-duaları mən də Fəxrəddin üçün səsləndirəndən sonra vidalaşdıq. Hansısa, yalnız yaxın və əziz adamını itirəndə baş verən bir hissə düçar oldum.
    Dərhal Rüstəm müəllimin əzizlərinə zəng etdim və başsağlığı verdim. Toğrul müəllim Nərimbəyovun uzaq və qərib Fransa torpağındakı dəfnindən sonra çox məyus olmuşdum və Rüstəm müəllimin əzizlərindən dəfn mərasimi haqda soruşdum. Birmənalı cavab verdilər ki, Bakıda dəfn olunacaq.
    Eldar Quliyevin vəfatından sonra Rüstəm İbrahimbəyovu Vətənində tanımayanların olmasına şübhə etmədən Maestro haqqında istifadəçilərə vacib məlumatları çatdırmaq istəyirəm. Oxuyun, bilin kimi itirdik...
    Rüstəm İbrahimbəyov 1939-cu ildə Bakıda anadan olub. O, Azərbaycan SSR (1976) və Rusiya Federasiyasının (1995) əməkdar artisti, Azərbaycanın Xalq Yazıçısı (1998), Azərbaycan SSR (1980), SSRİ (1981) və Rusiya Federasiyasının (1993, 1996, 1998, 2000) Dövlət Mükafatları laureatçısı olmuşdur.
    SSRİ-də şöhrət ona Valentin Yejovla birgə yazdığı və rejissor Vladimir Motilinin çəkdiyi “Səhranın bəyaz günəşi” filminin ssenarisindən sonra gəlib. Azərbaycanda isə rejissor Eldar Quliyevin "Bir cənub şəhərində" filminin ssenarisini yazandan sonra o, sevilən dramaturq oldu.
    İbrahimbəyov Nikita Mixalkovun "Müharibənin sonunda sakit gün" adlı ilk filminin ssenari müəllifi olub. Bundan əlavə, o, digər Mixalkovun filmləri, o cümlədən "Urqa Məhəbbət ərazisi”, “Günəşdən əzab çəkənlər” və “Sibir bərbəri” üçün ssenarilər yazıb.
    Ümumilikdə İbrahimbəyov dünyaya 40-dan çox film ssenarisi bəxş edib. Onun demək olar ki, bütün ədəbi əsərləri lentə alınıb.
    ANS Şirkətlər Qrupunun kollektivi və şəxsən öz adımdan görkəmli dramaturqumuza Allahdan rəhmət diləyirəm!
    May be an image of 1 person and beard