BLOQ

Şəkərli diabet xəstələrinin sayı artacaq

Bu barədə “The Lancet” jurnalı yazıb

Şəkərli diabet xəstələrinin sayı artacaq
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Aparılan yeni bir araşdırma şəkərli diabet xəstəliyinin qlobal miqyasda artacağını və 2050-ci ildə bütün dünyada 1,3 milyard diabet xəstəsinin olacağını proqnozlaşdırıb.

    “The Lancet” jurnalı bildirir ki, gələcək 30 il ərzində heç bir ölkədə şəkərli diabet xəstəliyi hallarının azalması gözlənilmir. Tədqiqatın nəticəsinə görə, piylənmədə qeydə alınan artım sözügedən xəstəliyin statistikasına 2 qat təsir edir.

    Araşdırmanın müəllifləri xəstələrin əksəriyyətini təşkil edən 2-ci tip şəkərli diabetin erkən aşkarlanması nəticəsində gedişatın qarşısının almağın mümkün olduğunu vurğulayıblar. Eyni zamanda, bəzi aşağı gəlirli ölkələrdə əhalinin qan şəkərinə nəzarət etməsi üçün səhiyyənin əlçatan olmadığı və insulin dərmanlarının istifadəsinin məhdud olduğunu diqqətə çatdırıblar. Bu səbəbdən həmin ölkələrdə qısa ömürlülük daha çox müşahidə edilir.

    Araşdırmanın müəllifi Alişa Veyd sosial-iqtisadi problemləri həll etmək, səhiyyənin əlçatanlığının təmin olunmasının şəkərli diabet xəstəliyinin qlobal miqyasda artmasının qarşısını almaq üçün vacib olduğunu bildirib.

    Tədqiqatda Birləşmiş Millətlər Təşkilatının (BMT) 2050-ci ildə dünya əhalisinin 9,8 milyarda çatacağı təxminlərini hazırkı xəstəlik göstəricilər ilə müqayisə edərək, hər 7 nəfərdən birinin şəkərli diabet xəstəliyinə tutulma ehtimalı qeyd olunub.