XƏBƏRLƏR

Səmərqənddə MDB Təhlükəsizlik Başçılarının İclası keçirilib

Tədbirdə Azərbaycan DTX rəisi general-polkovnik Əli Nağıyev iştirak edib YENİLƏNİB

Səmərqənddə MDB Təhlükəsizlik Başçılarının İclası keçirilib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 16:10

    Oktyabrın 16-da Özbəkistanın Səmərqənd şəhərində MDB-yə üzv dövlətlərin Təhlükəsizlik Orqanları və Xüsusi Xidmət Orqanları Rəhbərləri Şurasının 57-ci iclası keçirilib, Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətindən bildirilib.

    Tədbirdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyev iştirak edib.

    İclasın əsas mövzusu MDB məkanında beynəlxalq terrorizm, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, kibercinayətkarlıq, informasiya təhlükəsizliyinə təhlükə yaradan hallar, ekstremizm və radikalizm və bu amillərin yaratdığı digər neqativ hallara birgə mübarizə olub.

    Tədbirdə, həmçinin MDB dövlətlərinin təhlükəsizliyinin etibarlı təmin edilməsi üzrə qarşıda duran plan və vəzifələrin ətraflı müzakirəsi aparılıb.

    ***

    10:59

    Bu gün Səmərqənddə MDB dövlətlərinin təhlükəsizlik və kəşfiyyat rəhbərlərinin 21-ci iclası işə başlayır. Forum Özbəkistanda ilk dəfə keçirilir.

    İclasda Azərbaycan, Ermənistan, Belarus, Rusiya və Mərkəzi Asiya ölkələrinin təhlükəsizlik xidmətlərinin nümayəndələri iştirak edirlər. İclasa Özbəkistan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəhbəri Baxodir Qurbanov sədrlik edəcək.

    İştirakçılar region üçün mövcud çağırışlar və təhdidləri, həmçinin kəşfiyyat orqanları arasında əməkdaşlığın gücləndirilməsi yollarını müzakirə edəcəklər. Forumun yekununda regional təhlükəsizlik sahəsində əməkdaşlığın prioritet istiqamətləri üzrə razılığın əldə olunması gözlənilir.