XƏBƏRLƏR / Münaqişə

SEPAH-ın briqada generalı Suriyada məhv edildi

Yüksəkrütbəli SEPAH məmuru Seyid Razi İsrailin Suriyanın Dəməşq ətrafına raket hücumu nəticəsində ölüb

SEPAH-ın briqada generalı Suriyada məhv edildi
  • Oxuma müddəti:

    1 dəqiqə

  • İranın "Tasnim" dövlət agentliyinin verdiyi məlumata görə, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) müşaviri bazar ertəsi İsrailin Suriyanın Dəməşq ətrafına raket hücumu nəticəsində həlak olub.

    “İsrailin bir neçə saat əvvəl Dəməşqin ətrafına hücumu zamanı İran İslam İnqilabı Keşikçiləri Korpusunun Suriyadakı təcrübəli və ən yaşlı müşavirlərindən biri Seyid Razi öldürülüb”, - məlumatda deyilir.

    Qeyd olunur ki, Seyid Razi 2020-ci ilin yanvarında İraqda ABŞ-ın raket zərbəsi nəticəsində öldürülən iranlı general Qasım Süleymaninin müttəfiqi olub.

    Seyid Razi kimi tanınan Seyid Rza Musəvi briqada generalı rütbəsinə malikdir və İranın Suriyadakı əsas hərbi məsləhətçilərindən biri hesab olunurdu. O, 30 ilə yaxın Suriya ərazisində xidmət edib və İran İslam İnqilabı Keşikçiləri Korpusunun Ekspedisiya Qüvvələrinin ("Qüds Gücü") rəhbəri general-mayor Qasım Süleymanini ölkənin İranın nəzarətində olan bölgələrinə səfərləri zamanı müşayiət edib.

    Seyid Rza Musəvi "Hizbullah" terrorçularını məvaciblə təmin edən şəxs idi.