Separatçılar Ağdam-Əsgəran yolunu beton plitələrlə bağladı
Aksiya Ağdamdan Xankəndinə güya gedən humanitar yardım karvanı ilə bağlı xəbərdən sonra başlayıb
Ağdamdan Xankəndinə gedən humanitar yardım karvanı ilə bağlı xəbərdən sonra separatçılar Ağdam-Əsgəran yolunu bağlayıblar.
Aksiyada iştirak edən dələduz Ruben Vardanyanın yaratdığı “Artsaxın Təhlükəsizlik və İnkişafı Cəbhəsi” separatçı təşkilatının üzvü Arşak Abramyan bunları deyib:
“Yer təsadüfən seçilməyib, biz humanitar çətinliklər adı altında Azərbaycan inteqrasiyasına imkan verməyəcəyik, sosial-iqtisadi inteqrasiyaya yol verməməliyik. Növbəti addım ticarət olacaq, son nəticə isə Artsaxın Azərbaycan tərəfindən yekun şəkildə mənimsənilməsi olacaq. Yaradılan blokada şəraitində Azərbaycanla inteqrasiyanın qarşısını almaq üçün istənilən addımlar atılmalıdır”.