Separatçılar Rusiya QXK-nin yük maşınını Xankəndiyə buraxmır
Rusiya Qırmızı Xaç Komitəsinin yük maşını hələ də Bərdədədir
Xankəndi-Əsgəran-Ağdam yoluna toplaşan erməni separatçıları Rusiya Qırmızı Xaç Komitəsinin yük maşınını oradan buraxmayacaqlarını bəyan ediblər.
Separatçıların fikrincə, Rusiya Qarabağı Azərbaycana “inteqrasiya etmək” istəyir.
Lakin separatçıların yaydığı görüntülərdə yolu cəmi bir neçə nəfərin "bağladıığı" aydın görünür. Şübhəsiz ki, bu təşkil edilmiş təxribatdır və aksiyada Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya qüvvələrinin əli olduğu istisna edilmir. Əski "Tazıya qaç, qazıya tut" imperiya siyasətinin bariz nümunəsi.