Separatçlar bəyanatlarında ilk dəfə saylarını göstərməyiblər
Qondarma "Arsax təhlükəsizlik şurası" Rusiyanı qarışmağa çağırır
Separatçı "Arsax təhlükəsizlik şurası" Laçın dəhlizində Azərbaycan Sərhəd Keçid Məntəqəsinin yaradılmasını yolverilməz hesab edir. Qondarma qurum "Rusiya Federasiyasından mümkün qədər qısa müddətdə "Artsax xalqı"nın problemlərinin həlli üçün təsirli addımlar gözləyir, əks halda bundan sonra nə edəcəyini qərar verməyə imkan verəcək".
Maraqlıdır ki, uzun-uzadı bəyanatda separatçılar ilk dəfə olaraq həmişə vurğuladıqları "120 min əhali sayı"nı göstərməyiblər. Nəzarət-keçid məntəqəsinin yaradılması Azərbaycana Qarabağda yaşayan ermənilərin sayını dəqiqliklə əldə etmək imkanı verir.