Serbiya parlamenti hökumətin istefasını qəbul edib
Bu barədə yerli mətbuat xəbər yayıb

Serbiya parlamenti Baş nazir Miloş Vuçeviçin və hökumətin istefasını qəbul edib.
Bu barədə yerli mətbuat xəbər yayıb.
Xatırladaq ki, Baş nazir istefa ərizəsini noyabrın 1-də Novi-Sad şəhərindəki dəmir yolu vağzalında beton talvarın uçması nəticəsində 15 nəfərin həlak olması ilə bağlı kütləvi etirazlar fonunda yanvarın 28-də təqdim etmişdi.
Bildirilib ki, əgər aprelin 18-dək Nazirlər Kabinetinin yeni tərkibi formalaşdırılmasa, növbədənkənar parlament seçkiləri keçiriləcək.