XƏBƏRLƏR / Hökumət

Sergey Koretski Ukraynanın yeni Baş naziri olub

Sergey Koretski 2025-ci ildən bəri “Naftoqaz Ukrayna” şirkətinə rəhbərlik edib

Sergey Koretski Ukraynanın yeni Baş naziri olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Sergey Koretski Ukraynanın yeni Baş naziri olub.

    Ali Rada (parlament) iyulun 16-da onun namizədliyini dəstəkləyib.

    Koretskinin Baş nazir təyin olunmasını parlamentin 289 üzvü dəstəkləyib.

    Bu həftə Ali Rada Nazirlər Kabinetinin yenilənməsi prosesinə başlayıb. Çərşənbə axşamı, iyulun 14-də parlament Baş nazir Yuliya Sviridenkonu istefaya göndərib. Müvafiq olaraq, onun bütün hökuməti də istefa verib.

    Qeyd etmək lazımdır ki, Sergey Koretski 2025-ci ildən bəri “Naftoqaz Ukrayna” şirkətinə rəhbərlik edən ukraynalı menecerdir. Bundan əvvəl o, özəl biznes və enerji şirkətlərinin dövlət idarəçiliyində əhəmiyyətli təcrübə qazanıb.