Ukrayna Prezidenti Volodimir Zelenski sabiq müdafiə naziri Mixail Fyodorova bir neçə vəzifə təklif edib, bunlardan sonuncusu baş nazirin müavini - hərbi innovasiyalar naziri postudur.
Bu barədə "RBK-Ukrayna" Zelenskinin bəyanatına istinadən məlumat yayıb.
"Hesab edirəm ki, Mixail (Fyodorov - ANS Press) də komandadadır, mən ona bir neçə vəzifə təklif etdim, sonuncu təklif baş nazirin müavini - hərbi innovasiyalar naziri postudur", - Zelenski bu gün Kiyevdə İrlandiyanın Baş naziri Mixol Martinlə keçirdiyi mətbuat konfransında bildirib.
O, həmçinin ölkənin sabiq baş naziri Yuliya Sviridenkoya Ukraynanın ABŞ-dakı səfiri vəzifəsini təklif etdiyini də bildirib.
Prezident əlavə edib ki, Rustem Umerov üçün yeni vəzifə üzərində düşünür.
1 dəqiqədən az