XƏBƏRLƏR / Qayıdış

Sərhəd xətti Xeyrimlidəki evlərdən birinin ortasından keçir

"Qazax" əlahiddə sərhəd diviziyasın komandiri Misir Əliyev bildirib ki, tikanlı məftillər binanın balkonundan çəkilib.

Sərhəd xətti Xeyrimlidəki evlərdən birinin ortasından keçir
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Qazax rayonunun bu ilin mayında işğaldan azad olunmuş Xeyrimli kəndində aparılan delimitasiya və demarkasiya işləri zamanı maraqlı hadisə baş verib.

    Bu barədə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının "Qazax" əlahiddə sərhəd diviziyasına və Qazaxın işğaldan azdan olunan kəndlərinə təşkil etdiyi mediatur zamanı xəbər verilib.

    Xeyrimlidə aparılan delimitasiya və demarkasiya işləri zamanı kəndə tikilmiş evlərdən biri sərhəd xəttinin üzərinə düşüb. Belə ki, sərhəd müəyyənləşdirlərkən işğal dövründə ermənilər tərəfindən qanunsuz tikilmiş həmin evin bir hissəsi Azərbaycan, digər hissəsi isə Ermənistan tərəfə düşüb.

    "Qazax" əlahiddə sərhəd diviziyasın komandiri Misir Əliyev bildirib ki, tikanlı məftillər binanın balkonundan çəkilib.  

    Qazax rayonunun işğaldan azad olunan Xeyrimli, Bağanis Ayrım, Aşağı Əskipara, Qızılhacılı kəndləri kameralar vasitəsilə müşahidə olunur.

    Bunu "Qazax" Əlahiddə Sərhəd Diviziyasının komandiri general-mayor Misir Əliyev deyib.

    O bildirib ki, "Qazax" Əlahiddə Sərhəd diviziyasında 1000-dən çox kamera fəaliyyət göstərir:

    "Diviziya ərazisində sərhədlərin mühafizəsi üçün termal, eləcə də digər kameralardan istifadə olunur. Bu kameralar müşahidə məntəqələrindən izlənilir. Həmçinin, DSX rəisi xidməti otağından bu kameralar vasitəsilə nəzarət olunan ərazilərə baxa bilir".

    Xatırladaq ki, 19 aprel 2024-cü il tarixində Azərbaycan Respublikası və Ermənistan Respublikasının delimitasiya komissiyaları arasında Qazaxın 4 kəndinin qaytarılması barədə razılıq əldə edilib.

    15 may 2024-cü il tarixində Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında Texniki Protokol razılaşdırılıb və bu barədə müvafiq sənəd mzalanıb.

    Delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib və bununla Azərbaycan Respublikasının Qazax rayonunun 4 kəndinin - Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılının ərazilərinin (6,5 km2) Azərbaycana qaytarılması təmin edilib.

     24 may 2024-cü il tarixində həmin kəndlər Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.