XƏBƏRLƏR / Münaqişə

Sərhəddə şiddətli atışma olub

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib

Sərhəddə şiddətli atışma olub
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Ermənistan silahlı qüvvələrinin bölmələri təxribatlarını genişləndirmək məqsədilə iriçaplı silahlar və minaatanlardan istifadə etməklə mövqelərimizi atəşə tutmağa davam edir. Müdafiə Nazirliyinin yaydığı məlumata gör, bu gün səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələri vəziyyəti daha da gərginləşdirərək Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini minaatanlardan atəşə tutur.

    Azərbaycan Ordusunun bölmələri tərəfindən zəruri cavab tədbirləri görülür.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən qətiyyətli cavab tədbirləri görülür.

    "Sputnik Armenia" xəbər verir ki, erməni tərəfdən yaralı sayı 3-dür. 

    Xatırladaq ki, Azərbaycanın Müdafiə Nazirliyi bir hərbçimizin ağır yaralandığını bildirib.

    Caliber" xəbər verir ki, Ermənistan tərəfi Azərbaycan Ordusunun mövqelərinə qarşı kamikadze dronlardan fəal şəkildə istifadə edir.

    Nəşrin məlumatına görə, indiyədək beş güclü partlayış qeydə alınıb.