Sərhəddə yazılan tarix - 107 il
Azərbaycan Sərhəd Mühafizəsinin 107-ci ildönümünə həsr olunmuş sənədli film
Bu gün Azərbaycan Respublikasının sərhəd mühafizə orqanları əməkdaşlarının peşə bayramıdır.
Dövlət Sərhəd Mühafizəsinin yaradılmasının 107-ci ildönümüdür.
Azərbaycan Sərhəd Mühafizəsi 1919-cu il avqustun 18-də yaradılıb. Həmin tarixdə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin “Sərhədlərin mühafizəsi haqqında” Qanunu qəbul etməsi milli sərhəd mühafizəsinin hüquqi əsasını formalaşdırıb. Ümummilli Lider Heydər Əliyevin 2000-ci ildə imzaladığı Sərəncama əsasən, hər il avqustun 18-i sərhədçilərin peşə bayramı kimi qeyd olunur.